OPEK 2020-ci il üçün Azərbaycanda gündəlik ortalama neft hasilatı üzrə proqnozunu azaldıb.
KONKRET.az xəbər verir ki, OPEK bu il üçün ölkədə gündəlik orta neft hasilatının 0,07 milyon/barrel azalaraq 0,72 milyon barrel/sutka olacağını proqnozlaşdırır.
Yeni proqnoza əsasən, 2021-ci ildə də Azərbaycanın gündəlik ortalama neft hasilatı 0,72 milyon barrel/sutka səviyyəsində qalacaq.
May və iyun aylarında Azərbaycanda xam karbohidrogen hasilatı əvvəlki ayla müqayisədə müvafiq olaraq 0,11 milyon və 0,02 milyon barrel/sutka azalıb. İyun ayında hasilatın azalması 0,68 milyon barrel/sutkaya bərabər olub.
May ayında xam neft hasilatı 111 min barrel/sutka azalaraq 0,57 milyo barrel, iyun ayında 20 min barrel/sutka azalaraq 0,55 milyon barrel təşkil edib. İyul ayında isə xam neft hasilatı ötən ayla müqayisədə dəyişməz qalaraq 0,55 milyon barrelə bərabər olub.
Qeyd edək ki, aprelin 9-da OPEK və qeyri-OPEK ölkələri nazirlərinin iclasında mayın 1-dən 2022-ci ilin aprelinədək gündəlik neft hasilatının üç mərhələ üzrə azaldılması barədə qərar qəbul edilib.