Əşrəf Əşrəfliyə hökm oxundubackend

Əşrəf Əşrəfliyə hökm oxundu

Təhsil eksperti kimi tanınan Əşrəf Əşrəflinin vətəndaşlara qarşı külli miqdarda dələduzluq etməsi ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

KONKRET.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı çıxış edərək Əşrəf Əşrəflinin 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Müşavirədən sonra hökm oxunub. Hökmə əsasən, Əşrəf Əşrəfli 6 il 8 ay müddətinə azadlıqdan məhrum edilib. Sezar pizza

Qeyd edək ki, ittihama görə, Əşrəf Əşrəfli Soner Kuçker adlı şəxsdən onu Tibb Universitetinə tələbə kimi qəbul etdirmək vədi ilə 34 min manat, Səbinə Abdullayevadan isə övladını İspaniyada universitetə qəbul etdirmək adı ilə 5 100 manat pul alıb.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, Əşrəf Əşrəfli 2021-2022-ci illərdə Bakının Yasamal rayonu ərazisində etibardan sui-istifadə və aldatma yolu ilə 12 nəfərin ümumilikdə 35 min manat pulunu ələ keçirib.

Belə ki, o, xaricdə təhsil xidmətlərini yüz faiz zəmanətlə təklif etdiyini bildirərək vətəndaşları inandırmaq üçün internet informasiya ehtiyatlarında set.az, ashrafli.az və xaricde.com saytları yaradıb.

Əşrəf Əşrəfli həmin saytlarda və sosial şəbəkələrdə özünü xaricdə təhsil üzrə məsləhətçi və ekspert, xarici dövlətlərin ali təhsil müəssisələri, xaricdə təhsil şirkətləri və mərkəzləri ilə uzun müddət davamlı əməkdaşlıq edən, bu sahədə geniş təcrübəyə və rəsmi işgüzar əlaqələrə malik etibarlı tərəfdaş, habelə hüquqi şəxs kimi təqdim edib.

O, həmçinin dövlət qeydiyyatına alınmayan “Ş.Group”, AConsalting.az, “Press.Legal”, İHA.AZ və SET xaricdə təhsil şirkətlərinin rəhbəri kimi təqdim olunub.

Əşrəf Əşrəfli Yasamal Rayon Məhkəməsinin qərarı ilə 4 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi isə həmin cəzanı 3 ilə endirib./Oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*