Ordubadda ağır qəza: Bir ailənin 4 üzvü..backend

Ordubadda ağır qəza: Bir ailənin 4 üzvü... 

Ordubad rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib, bir ailənin 4 üzvü xəsarət alıb.

KONKRET.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Dəstə kəndi ərazisində qeydə alınıb.

Belə ki, 69 BF 289 dövlət nömrə nişanlı “Hunday” markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb və aşıb.

Hadisə zamanı Ordubad rayon Qoşadizə kənd sakinləri 1989-cu il təvəllüdlü Tural Bəşir oğlu Tağıyev, həyat yoldaşı Əsmər Baxışəli qızı Tağıyeva, övladları 2016-cı il təvəllüdlü Vüqar Tural oğlu Tağıyev və Səma Tural qızı Tağıyeva xəsarət alıblar.

Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri ağırdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*