“Orduda hansı islahatlardan danışa bilərik?” – Ermənistan Müdafiə Nazirliyi sərt tənqid olundubackend

"Orduda hansı islahatlardan danışa bilərik?” - Ermənistan Müdafiə Nazirliyi sərt tənqid olundu

“Əgər Baş Qərargahın başında Artak Davtyan durursa və onun birinci müavini Arşak Karapetyandırsa, onda orduda hansı islahatlardan danışa bilərik?”

KONKRET.az xəbər verir ki, teleqram kanallarının erməni seqmentində xüsusi olaraq vurğulanır ki,  bu sosial şəbəkə istifadəçiləri ölkə həqiqətlərindən mümkün qədər uzaqdır: “Teleqram kanalları insanlar, məmurlar və ordu haqqında sıfır məlumata malikdir. Sadəcə populizmlə məşğuldurlar. Paşinyanizm xəstəliyi sürətlə kütlə arasında yayılır.

Artak Davtyan 2018-ci ildə nəinki Naxçıvan yaxınlığındakı ərazini itirib, hətta bu barədə müfəssəl məlumatları yüksək komandanlıqdan və səlahiyyətlilərdən gizlətmişdi. Bu gün Davtyan ən gözə çarpan və korrupsiya bataqlığında çabalayan generallardan biridir.

Bəs Arşak Karapetyan? TG kanallarından hər hansı birinə Ermənistan Silahlı Qüvvələrinin yüksək komandanlığından onun haqqında soruşmağı məsləhət görürük – niyə Arşak Karapetyan bir neçə ildir bu strukturda rəhbər vəzifədə təmsil olunur? Kim ona cəzadan qaçmasına imkan verir?”.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*