“Azərbaycan Teleqram kanalları video yayır. Yayılan görüntülərdə Göyçə gölünün yaxınlığındakı yüksəklikləri tutublar və düz xətlə göldən 5 kilometr aralıdadırlar”.
KONKRET.az xəbər verir ki, bunu erməni politoloq Qaqik Hambaryan Feysbuk səhifəsində qeyd edib.
“Bu, Ermənistan üçün fəlakətdir. Xain Nikol ərazilərimizin rəqib ölkəyə hədiyyə edilməsi ilə məşğuldur. Niyə əsgərlərimiz vaxtında bu yüksəkliklərdə möhkəmlənməmişdilər?
Müdafiə Nazirliyinin açıqlamalarını gözləyirik”, – o vurğulayıb.

Belə xəbərlər bir Azərbaycan vətəndaşı kimi hər birimizin sinəsini qabardır və ordumuzla fəxr edirik.
Belə xəbərlərlə yanaşı verilən şəkillərdə xəritəli izah olsa daha gözəl olar və hər kəs əyani olaraq nələri əldə etdiyimizi görə bilər.
Xahiş edirəm nəzərə alasınız.