“Virusun özünü necə aparacağı və bununla bağlı proqnozların verilməsi çox çətindir. Biz ümid edirdik ki, orduya dəstək yürüşündən sonra koronavirusa yoluxanların sayında artım baş verməyəcək”.
KONKRET.az xəbər verir ki, bunu bugünkü brifinqdə TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva deyib.
TƏBİB rəsmisi bildirib ki, bu gün yoluxmaların sayı stabildir:
“Stabil olmağa da davam edəcək. Buna uyğun hansı qərarların veriləcəyi isə artıq gələcəkdə müzakirə olunacaq məsələdir”.