Orta Asiya ölkələrinin Xarici İşlər nazirləri Daşkənddə toplaşdılarbackend

Orta Asiya ölkələrinin Xarici İşlər nazirləri Daşkənddə toplaşdılar

KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosu xəbər verir ki, noyabrın 15-də Daşkənddə Mərkəzi Asiya Dövlətləri Başçılarının qarşıdakı Məşvərət görüşünə hazırlıq məqsədi ilə Orta Asiya xarici işlər nazirlərinin görüşü keçirilib. Bu barədə Özbəkistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.


Xarici işlər idarələrinin rəhbərləri – Abdulaziz Kamilov, (Özbəkistan), Muxtar Tleuberdi (Qazaxıstan), Çingiz Aydarbekov, (Qırğızıstan), Sirojidin Muxriddin, (Tacikistan)Rəşid Meredov, (Türkmənistan) regional əməkdaşlığın inkişafı və sammitə hazırlıq məsələlərini müzakirə ediblər.

Görüşdə vurğulanıb ki, hazırda Orta Asiyada dövlət başçılarının siyasi iradəsi sayəsində köklü yeni dostluq, əməkdaşlıq və qarşılıqlı etimad mühiti formalaşıb.

Nazirlər ticarət dövriyyəsinin dinamik artımını, nəqliyyat və rabitə şəbəkələrinin inkişafı ilə bağlı işlərin intensivləşməsini, region ölkələrini birləşdirən yeni quru və hava yollarının istifadəyə verilməsini məmnunluqla qeyd ediblər.

Tərəflər ticarət, iqtisadi və investisiya sahəsində əməkdaşlıq, nəqliyyat infrastrukturunun inkişafı, elmi, texniki, mədəni və humanitar sahədə qarşılıqlı fəaliyyət məsələlərini əhatə etməyi planlaşdıran Mərkəzi Asiya Dövlətləri Başçılarının 29 noyabrda Daşkənddə keçiriləcək Müşavirə görüşünün gündəliyini nəzərdən keçiriblər. Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nazirlər zirvə sənədinin layihəsi ilə yanaşı digər planlaşdırılan qərarları da müzakirə ediblər.

İldırım Musayev, Orta Asiya ölkələri üzrə xüsusi müxbir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*