Oskanyan  44 günlük müharibə ilə bağlı istintaq komissiyasının dinləmələrində iştirakdan İMTİNA ETDİbackend

Oskanyan 44 günlük müharibə ilə bağlı istintaq komissiyasının dinləmələrində iştirakdan İMTİNA ETDİ

Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan 44 günlük müharibə ilə bağlı istintaq komissiyasının dinləmələrində iştirakdan imtina edib

KONKRET.az erməni mediasına istinadla xəbər verir ki, Vardan Oskanyan dinləmələrdə iştirakdan imtinanın səbəbini açıqlayıb. O, komissiyaya inanmadığını əsas gətirərək belə qərar verib.

“Komissiyanın nə vaxtsa obyektiv nəticə çıxara biləcəyinə əmin deyiləm. Bundan əlavə, o (Paşinyan), parlamentarilərin suallarını cavablandıracağını əvvəlcədən deyə bilər. Danışıqların məzmununu və keçdiyi yolu mənimsəməklə, bacarıqlı və sadiq diplomatiya ilə, sadəcə olaraq, müharibə də olmazdı.

Ağıllı diplomatiya ilə müharibəyə başlamadan, beynəlxalq ictimaiyyətin dəstəyi ilə DQMV sərhədləri daxilində Arsaxın Azərbaycanın bir hissəsi kimi tanınmasından, Ermənistanın istənilən suveren ərazisinin Azərbaycana verilməsindən qaçmaq olardı. Türkiyə və Azərbaycanın təzyiqlərinə baxmayaraq, Sünikdə nəqliyyat dəhlizinin təmin edilməsindən imtina etmək olardı”, – deyə Oskanyan bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*