“Oskar” üçün yeni kriteriyalar – LGBT üzvləri də olmalıdırbackend

“Oskar” üçün yeni kriteriyalar - LGBT üzvləri də olmalıdır

Amerika Film Akademiyası “Ən Yaxşı Film” nominasiyasında “Oskar” mükafatını almaq üçün kriteriyaların siyahısını təqdim edib.

KONKRET.az xəbər verir ki, bu bərədə “Kommersant” xəbər yayıb.

Kriteriyalara aşağıdakılar daxildir:

– Əsas və ya ikinci planda aparıcı rolda ən azı bir “rəngli” (asiyalı, qara dərili, latın amerikalı və s.) aktyor oynamalıdır;

– kiçik və az əhəmiyyətli rolu olan aktyorların ən azı 30 faizi qadınlar, irqi və ya etnik bir qrupun nümayəndələri, LGBT üzvləri və əlillər olmalıdır;

– Filmin əsas xətti və ya mövzusu elə bu qruplara yönəldilməlidir;

– Ən azı iki yaradıcı rəhbər vəzifəsini azlıqların nümayəndələri tutmalıdır.

Yeni qaydalar 2024-cü ildən qüvvəyə minəcək.

Film dörd standartdan ən az ikisinə cavab verməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*