Ötən ilin dövlət büdcəsinin icrası haqqında qanun layihəsi üçüncü oxunuşda qəbul olundubackend

Ötən ilin dövlət büdcəsinin icrası haqqında qanun layihəsi üçüncü oxunuşda qəbul olundu

Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

KONKRET.az apa-ya istinadən xəbər verir ki, layihəyə əsasən, 2025-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri təsdiq edilmiş proqnozu 2,2% üstələyərək 39 milyard 184,6 milyon manata çatıb.

Dövlət büdcəsinin xərcləri 38 milyard 604,6 milyon manat təşkil edib ki, bu da təsdiq olunmuş proqnozdan 6,8% azdır.

Nəticədə 2025-ci ildə dövlət büdcəsi 580 milyon manat profisitlə icra olunub.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*