Overçukla Paşinyan kommunikasiyaların açılmasından danışdılarbackend

Overçukla Paşinyan kommunikasiyaların açılmasından danışdılar

Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.

KONKRET.az erməni KİV-nə istinadən xəbər verir ki, görüş zamanı regionda kommunikasiyaların bərpası məsələsi müzakirə olunub. İrəvanda keçirilən görüşdə Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan və Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko da iştirak ediblər.

Tərəflər ikitərəfli əməkdaşlığın gündəliyini, həmçinin Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərindən ibarət üçtərəfli komissiyanın fəaliyyəti ilə bağlı məsələləri müzakirə ediblər.

Görüşdə Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının bərpası perspektivlərinə, o cümlədən Rusiya, Azərbaycan  və Ermənistan liderlərinin 2021-ci il 11 yanvar tarixli bəyanatı çərçivəsində görülən işlərin gedişinə toxunulub.

Overçuk axşam saatlarında Ermənistan paytaxtını tərk edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*