Özbək alimləri onkoloji xəstəlikləri sağaldan dərman hazırladı – FOTObackend

Özbək alimləri onkoloji xəstəlikləri sağaldan dərman hazırladı - FOTO

Özbək alimləri ötən ilin iyununda xərçəngin müalicəsində təsirli olan yeni dərmanı qeydiyyatdan keçirib istehsala təqdim ediblər.

KONKRET.az xəbər verir ki, bunu Özbəkistan Elmlər Akademiyasının Nüvə Fizikası İnstitutunun direktoru, texnika elmləri doktoru, professor İlxom Sadıkov UzA-ya müsahibəsində deyib.

Qeyd olunub ki, ABŞ-da bu dərmanın analoqu 70 min dollar, Avropada isə təxminən 25 min dollardır. Yerli alimlər dozası 1,5 min ABŞ dolları dəyərində olan dərmanı respublikanın 3 onkoloji klinikasına çatdırıb.

Ekspert qeyd edib ki, bu dərman 2018-ci ildə xaricdə yaradılıb, lakin özbək alimləri dərmanın istehsal texnologiyasını təkmilləşdiriblər.

“Lutetium – 177” preparatı radioizotopdan və ona birləşdirilmiş “Antigen – 617” membrana malik zülal maddəsindən ibarətdir. Bu protein maddəsi “Lutetium – 177” radioizotopunu bədənin xərçəng metastazlarının olduğu bölgələrə çatdıran bir vasitə kimi çıxış edir. “Lutetium – 177″ radioaktiv izotopu xərçəngli şişlərə nüfuz edir və radioaktiv şüalanması ilə şişləri yandırır. Beləliklə, şişləri əməliyyatsız müalicə etmək olur”, – deyə İlham Sadıkov bildirib.

Məlumata görə, hazırda bu dərman 4-cü mərhələdə xərçəngin 97-99%-ə qədər müalicəsini təmin edir.

Qeyd edək ki, bu preparat institutun törəmə müəssisəsi olan “Radiopreparat” Dövlət Müəssisəsinin və radiokimya elmi laboratoriyasının alimlərinin apardıqları tədqiqatların məhsuludur.

Bildirilib ki, bu dərman yalnız daxili bazar üçün istehsal olunur, çünki onun istifadə müddəti cəmi bir neçə gündür.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*