Özbəkistanda avtobus partladı – Ölənlər varbackend

Özbəkistanda avtobus partladı -  Ölənlər var

Özbəkistanda avtobusda qaz balonu partlayıb. 

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Özbəkistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Hadisə nəticəsində altı nəfər ölüb, 15 nəfər yaralanıb.

Məlumata görə, hadisə Sırdərya rayonundakı yanacaqdoldurma məntəqəsində baş verib.

Yerli sürücülük məktəbinə məxsus “İsuzu” markalı avtobusda qaz balonlarından biri partlayıb.

Hadisə avtobusa metan yanacaq doldurarkən baş verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*