Özbəkistanda gömrük fəaliyyətinin təkmilləşdirilməsi çərçivəsində qaydaların pozulmasına görə İnzibati Məsuliyyət Məcəlləsinə bir sıra dəyişikliklər və əlavələr edilib. KONKRET.az-ın Orta Asiya ölkələri bürosu xəbər verir ki, Prezident Şövkət Mirziyayev bununla bağlı müvafiq qanunu imzalayıb.
Məcəlləyə edilən dəyişikliklərə əsasən, mal və nəqliyyat vasitələrini gömrük rejiminin tələblərinə cavab vermədən keçirən vətəndaşlar minimum əmək haqqının 20 mislindən 30 mislinədək, vəzifəli şəxslər isə 30 mislindən 50 mislinədək cərimə olunacaq. .
Qanun rəsmi dərc edildiyi gündən üç ay sonra qüvvəyə minir.

