
Özbəkistan sakinlərindən ictimai yerləri gəzərkən tibbi maskalar taxmaları tələb olunur.
KONKRET.az-ın Mərkəzi Asiya ölkələri xəbər verir ki, artıq bununla bağlı Koronavirusun yayılmasının qarşısının alınması üzrə Xüsusi Respublika Komissiyası qərar qəbul edib.
Qayda martın 23-dən etibarən qüvvədədir. Martın 25-dən etibarən qayda pozanlar cərimələnəcəklər.
Həmçinin, komissiyanın əmrinə əsasən, Özbəkistanın bütün sərhəd-keçid məntəqələri martın 23-də bağlanır (yalnız respublikanı tərk edən əcnəbilər üçün istisna olacaq).
Bundan əlavə, Daşkənddəki müəssisə və təşkilatlara işçilərin bir hissəsini məzuniyyətə göndərmək, digərləri üçün isə mümkün olduğu halda evdən işləmək tapşırılıb. İş yerində qalanlar maska taxmalıdırlar. Şəhərdə ictimai nəqliyyat da məhduddur, avtobuslardan yalnız həkimlər istifadə edəcək.
Qeyd edək ki, martın 22-nə olan məlumata görə, Özbəkistanda virusa yoluxanların sayı 42 nəfər olub.