
Özbəkistanlı Viktor Kim dələduzluqda, vergidən yayınmaqda və çirkli pulların yuyulmasında, ticarət qaydalarının pozulmasında və saxta ştampların hazırlanmasında ittiham olunur. Onun vurduğu zərərin miqdarı 2,5 milyon dollar qiymətləndirilir.
KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosu xəbər verir ki, bu haqda məlumatı “Realnoe Vremya” nəşri yayıb.
Kazanın Sovetsk Rayon Məhkəməsinin qərarı ilə Özbəkistan vətəndaşı Viktor Kim nəzarətə götürülüb. Hazırda onun ekstradisiyası barədə qərarın qəbul ediləcəyi gözlənilir.
Fevralın 11-də məhkəmə prokurorun 2019-cu ilin oktyabrında tutulan 32 yaşlı Viktor Kimə həbs müddətinin uzadılması barədə vəsatətinə baxacaq.
Qazaxıstan KİV-ləri Kazan Sovetsk Rayon Məhkəməsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Kim Özbəkistanda 162 milyard rubl (2.5 milyon dollar) ziyan vuran bir sıra cinayətlərdə ittiham olunur.
Qeyd olunur ki, Daşkənd şəhərinin Çilanzar rayon cinayət məhkəməsi Viktor Kimə qarşı qiyabi ittihamı 2016-cı ilin may ayında təqdim edib. Prokurorluq onu dövlətlərarası axtarışa vermişdi.
UzNews.uz-un məlumatına görə, Özbəkistan Daxili İşlər Nazirliyinin saytında Viktor Kim axtarışda olanlar siyahısındadır.
Ona mənimsəmə, dələduzluq, vergidən yayınma, ticarət qaydalarının pozulması ittihamları irəli sürülüb.
KONKRET.az
