Özbəkistan hökuməti Avropa İttifaqının nümayəndələri ilə son görüşlərdə milyarder Əlişir Usmanova qarşı sanksiyaların ləğvi üçün lobbiçilik edib.
KONKRET.az xəbər verir ki, bu barədə “Financial Times” mənbələrə istinadən yazıb.
Özbəkistan tərəfi iddia edir ki, Əlişir Usmanova qarşı sanksiyalar onun sıx əlaqələri olan ölkənin iqtisadiyyatına investisiya qoymasına mane olur.
“Biz Özbəkistan hökumətinin hərəkətlərini şərh edə bilmərik, lakin sanksiyalar həqiqətən investisiya və xeyriyyə layihələrinə mane olur”, – Özbəkistan Xarici İşlər Nazirliyi qəzetin sorğusuna cavab verib.
Məlumata görə, Özbəkistan həmçinin Əlişir Usmanovun bacısı Gülbahor İsmayılovaya qarşı sanksiyaların ləğvini xahiş edib. Sentyabrın əvvəlində isə Usmanovun digər bacısı Saodat Nurziyeva Aİ-nin sanksiyalar siyahısından çıxarılıb.
Qeyd edək ki, Əlişir Usmanov Özbəkistanın Çust şəhərində anadan olub. O, Rusiyanın ən zəngin iş adamlarından biri hesab olunur. “Bloomberg Billionaires Index”ə görə, onun sərvəti təxminən 17,9 milyard dollardır. Fevralın 28-də o, Aİ-nin sanksiya siyahısına daxil edilib, daha sonra ABŞ, Böyük Britaniya, Avstraliya, Kanada və Yaponiya sanksiyalara qoşulub.

İqbal Rzayev,
KONKRET.az
