Özbəkistanlı ekspert ölkəsinin türk dünyasına inteqrasiyasından danışdı – FOTObackend

Özbəkistanlı ekspert ölkəsinin türk dünyasına inteqrasiyasından danışdı - FOTO

KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Strateji və Regionlararası Araşdırmalar İnstitutunun direktor müavini Səncər Vəliyev Özbəkistanın niyə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olmaq qərarına gəldiyini və bunun ölkəyə nə fayda verəcəyi barədə fikirlərini açıqlayıb.

Onun sözlərinə görə, Ötən dövr ərzində türkdilli ölkələr arasında  inteqrasiya prosesləri güclənib. Bu mənada müasir şəraitdə heç bir dövlət ticarət və iqtisadi sahədə sərmayələr cəlb etmək üçün bütün imkanlarını müstəqil şəkildə inkişaf etdirmək iqtidarında deyil. Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına qoşulmaqla biz “Transxəzər” logistika marşrutuna inteqrasiya edirik. bu, bütün iştirakçılar üçün faydalıdır”.

O, vurğulayıb ki, xüsusilə bu inteqrasiya nəticəsində Türkiyə və Azərbaycan öz məhsullarının Çin və Cənubi Asiya bazarlarına çıxışını təmin edəcək. Özbəkistan, Qazaxıstan və Qırğızıstan üçünsə bu nəqliyyat yolu Avropa və Yaxın Şərq bazarlarına daha az xərclərlə çıxmağa imkan verəcək. Mədəni-humanitar sahə və turizmin inkişafı ilə bağlı məsələlər də daha effektiv şəkildə həll ediləcəkdir.

Səncər Vəliyev əməkdaşlığın təhlükəsizlik məsələlərinə də təsir etdiyini qeyd edib.

İldırım Musayev, Orta Asiya ölkələri üzrə xüsusi müxbir

“Bütün ölkələrimiz ekstremist ideyalar, radikalizm, terrorizm və digər oxşar təhdid və problemlərlə üzləşirlər. Bu baxımdan Türkdilli Dövlətlər Şurası Mərkəzi Asiyada bölgələrarası təhlükəsizliyin təmin edilməsi sahəsində ölkələr arasında qarşılıqlı təsir mexanizmlərini təmin edir. O cümlədən Qafqazda. Bu təşkilat heç bir hərbi-siyasi bloka aid deyil. Təşkilat çətçivəsində hüquq-mühafizə orqanlarının və təhlükəsizliyi təmin edən xüsusi xidmət orqanlarının qarşılıqlı fəaliyyəti də tam təmin olunacaq”, – deyə ekspert bildirib.

Qeyd edək ki, Özbəkistan 14 oktyabr 2019-cu ildən Şuranın tamhüquqlu üzvü olacaq.

Sanjar Vəliyev qeyd edib ki, “Oktyabrın 15-də Bakıda nümayəndə heyətimiz yalnız Şuranın iclasında iştirak etməyəcək, eyni zamanda bu qurumun inkişafı üçün bir sıra təşəbbüslər irəli sürəcək. Özbəkistan böyük bir türkdilli dövlətdir. Qoşulandan sonra bu təşkilatda əhali baxımından Türkiyədən sonra ikinci ölkə olacağıq”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*