“Özümü pis hiss edirəm, amma bu məhkəmədə iştirak etmək istəyirəm” – Saakaşvilibackend

"Özümü pis hiss edirəm, amma bu məhkəmədə iştirak etmək istəyirəm" - Saakaşvili

“Özümü pis hiss edirəm, amma sabah ölüm-dirim məsələmi həll edəcək məhkəmədə iştirak etmək istəyirəm”.

KONKRET.az xəbər verir ki, bu gün məhkəmə Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin səhhətinin ağır olduğu üçün azadlığa buraxılması ilə bağlı müraciətə baxacaq.

Saakaşvili klinikadan məktub yazıb. O, məktubda cümə günü məhkəmə iclasında iştirak etmək arzusunda olduğunu bildirib.

“Özümü pis hiss edirəm, amma sabah mənim ölüm-dirim məsələmi həll edəcək məhkəmədə iştirak etmək istəyirəm”, – Saakaşvili Facebook səhifəsində yazıb.

Bundan əvvəl Saakaşvilinin orqanizmində ağır metalların, o cümlədən civənin olması “Empati” qeyri-hökumət təşkilatının ekspertlərinin araşdırması nəticəsində üzə çıxıb. Onların sözlərinə görə, siyasətçinin həbslə bir araya sığmayan 10 diaqnozu var.

Empati-nin rəhbəri Mariam Cişkarianinin sözlərinə görə, Gürcüstanın eks-prezidenti müalicə üçün xaricə göndərilməlidir, əks halda ölə bilər.

Çərşənbə axşamı Gürcüstan Ombudsmanı Nino Lomcariya tərəfindən yaradılan həkimlər şurası da siyasətçinin müalicə üçün xaricə aparılmasını istəyib. Onların fikrincə, Saakaşvili orqanizmin tükənməsinin dördüncü mərhələsindədir.

Saakaşvilinin vəkilləri məhkəməyə vəsatət qaldıraraq, eks-prezidentin səhhətinə görə azadlığa buraxılmasını və ya cəzanın icrasının təxirə salınmasını istəyiblər. Şikayətə cümə günü Tbilisi şəhər məhkəməsi baxacaq.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*