Axşam saatlarında avtomobil körpüsündən Kür çayına atılan yeniyetmə gəzinti qayığı tərəfindən xilas edilib.
KONKRET.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə axşam saatlarında Kür çayının Sahil parkı ərazisindən keçən hissəsində baş verib. Üzgüçülük bacarığını başqalarına nümayiş etdirmək istəyən 13-14 yaşlı oğlan avtomobil körpüsündən özünü Kür çayına atıb.
Uğursuz tullanışdan çətin vəziyyətə düşən yeniyetmənin köməyinə çayda dolaşan gəzinti qayıqları yetişib. Yeniyetmə xilas edilərək sahilə çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Ehtiram Muradov,
KONKRET.az
