Pakistanın qərbində yerləşən Bəlucistan əyalətində leysan yağışlar daşqınlarla nəticələnib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, ilkin məlumata görə, təbii fəlakət azı 25 nəfərin həyatına son qoyub, 35 nəfərin xəsarət aldığı bildirilir.
Qeyd olunur ki, ölənlər arasında uşaqlar da var.
Bəlucistan rəhbərliyi fəlakətlə mübarizə məqsədilə fövqəladə vəziyyət elan edib.
