Pakistanda minlərlə İmran Xan tərəfdarı KÜÇƏLƏRƏ AXIŞDI – VİDEOLARbackend

Pakistanda minlərlə İmran Xan tərəfdarı KÜÇƏLƏRƏ AXIŞDI - VİDEOLAR

Pakistanda xalq mitinqlərə başlayıb. Minlərlə İmran Xan tərəfdarı Lahor küçələrindədir.

KONKRET.az xəbər verir ki, ABŞ-ın bu ölkədə hökuməti devirmək cəhdlərindən sonra Pakistan xalqı Baş nazir İmran Xana geniş dəstək nümayiş etdirir.

Yüz minlərlə insan küçələrə axışıb və İmran Xanı dəstəkləyir. Birləşmiş Ştatlar hakim və generalları ələ almaq üçün Pakistanın dilənçi vəkillərindən istifadə edir.

Onlar ABŞ-a və Britaniyaya öz etirazlarını bildirirlər. Pakistanın Pişəvər şəhərində Qərbin İmran Xan hökumətinin devrilməsində iştirakına etiraz olaraq ABŞ və Britaniya bayraqları yandırılıb.

İmran Xan hazırkı prosesin arxasında ABŞ-ı ittiham edib.

O, iddia edib ki, ABŞ rəsmiləri pakistanlı diplomatları onun Moskvaya son səfəri səbəbindən istefa verməsi barədə xəbərdar edib.

Qeyd edək ki, Pakistanın paytaxtı İslamabadda komendant saatı elan edilib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*