Pakistanda qatar relsdən çıxdı, 30 nəfər öldü – YENİLƏNİBbackend

Pakistanda qatar relsdən çıxdı, 30 nəfər öldü - YENİLƏNİB

Pakistanın cənubunda sərnişin qatarının relsdən çıxması nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb.

KONKRET.az xəbər verir ki, Sind vilayətində Navabşax şəhəri yaxınlığında Kəraçidən Abbotabada gedən qatarda 10 vaqonun relsdən çıxması nəticəsində ən azı 80 sərnişin də xəsarət alıb.

***

16:28

Pakistanın Sind əyalətinin Nəvabşah şəhəri yaxınlığında qatarın relsdən çıxması nəticəsində azı 15 sərnişin ölüb, daha 50 nəfər yaralanıb.

KONKRET.az xəbər verir ki, bu barədə Pakistan mətbuatı məlumat yayıb.

Məlumata görə, hazırda xilasetmə işləri aparılır. Yaxınlıqdakı xəstəxanalarda fövqəladə vəziyyət elan edilib. Zərərçəkənlərə tibbi yardım göstərilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*