Erməniəsilli şəxslər belə saxlanılıbbackend

Erməniəsilli şəxslər belə saxlanılıb

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin tərk-silah olunaraq saxlanıldıqları yerlər açıqlanıb.

KONKRET.az xəbər verir ki, bu barədə onlar barəsində olan cinayət işi üzrə ittiham aktında qeyd olunub.

Bildirilib ki, lokal xarakterli antiterror əməliyyatları nəticəsində Arutyunyan Araik Vladimiri (Vladimiroviç) 2023-cü il oktyabrın 3-də yaşadığı Xankəndi şəhərində yerləşən fərdi yaşayış evində tərk-silah edilməklə saxlanılıb.

Onun yaşadığı evin həyətyanı sahəsində aparılmış axtarış zamanı oradan AK-74 markalı avtomat silahları, döyüş sursatı hesab edilən 5 min 25 ədəd patron və digər silah və döyüş sursatı aşkar edilərək götürülüb.

Saakyan Bako Sahaki həmin tarixdə Xankəndi şəhəri ərazisində tərk-silah edilməklə saxlanılıb.

Yaşadığı fərdi yaşayış evində axtarış keçirilən zaman oradan qəlpəli F-1 əl qumbarasının 14 ədəd gövdə hissəsi, atəşə yararlı 2 min 611 ədəd patron və digər silah və döyüş sursatı aşkar edilərək götürülüb.

İşxanyan Davit Rubeni həmin tarixdə Xankəndi şəhəri ərazisində tərksilah edilməklə saxlanılıb.

Qanunsuz sahibləndiyi, Xankəndi şəhəri ərazisində yerləşən mehmanxanada axtarış keçirilən zaman oradan AK-74, AKS-74, AKS-74U və sair konstruksiyalı avtomatik silahlarda istifadə edilmək üçün nəzərdə tutulan 481 ədəd patron və həmin avtomatik silahların komplekt hissəsi olan 4 ədəd sandıqça aşkar edilərək götürülüb.

Manukyan Davit Azati 2023-cü il sentyabrın 27-də Dövlət Sərhəd Xidmətinin Laçın sərhəd-buraxılış məntəqəsində saxlanılıb

Yaşadığı ünvanda axtarış keçirilən zaman oradan AK-74 markalı avtomat silahların komplekt hissəsi olan 3 ədəd sandıqça, “CZ 75 Compact” modelli 1 ədəd tapança və digər silah və döyüş sursatı aşkar edilərək götürülüb.

Babayan Davit Klimi 2023-cü il sentyabrın 28-də Xankəndi şəhər ərazisində, Mnatsakanyan Lyova Henrixi 2023-cü il sentyabrın 29-da Dövlət Sərhəd Xidmətinin Laçın sərhəd-buraxılış məntəqəsində, Qukasyan Arkadi Arşaviri 2023-cü il oktyabrın 3-də Xankəndi şəhər ərazisində tərksilah edilməklə saxlanılıblar.

Həmçinin Paşayan Melikset Vladimiri, Martirosyan Qarik Qriqori, Stepanyan Qurqen Homerosi və Allahverdiyan Davit Nelsoni 2023-cü il sentyabrın 20-də Xocalı rayonunun Dağdağan kəndi ərazisində, Babayan Madat Arakeli 2023-cü il sentyabrın 20-də Ağdərə rayonun Qozlukörpü kəndi ərazisində, Balayan Levon Romiki 2023-cü il sentyabrın 20-də Şuşa şəhəri ərazisi yaxınlığında, Beqlaryan Vasili İvani 2023-cü il sentyabrın 26-da Kəlbəcər rayonu ərazisində, Qazaryan Erik Roberti 2023-cü il sentyabrın 27-də Ağdərə rayonun Həsənriz kəndi ərazisində tərksilah edilməklə saxlanılıb və üzlərində çoxlu sayda silah, onun komplekt hissələri və döyüş sursatı, o cümlədən piyada əleyhinə minalar aşkar edilərək götürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*