Murad Papazyan Azərbaycanda, Türkiyədə və Ermənistanda arzuolunmaz şəxsdir.
KONKRET.az xəbər verir ki, bu barədə yenicə mandatından imtina edən keçmiş erməni deputat Artur Qazinyan fikir səsləndirib.
O fikirlərini belə davam etdirib: “Murad Papazyan Əliyev və Ərdoğanın tələbi ilə Ermənistanda arzuolunmaz şəxsə çevrilib. “Sülh epoxası” qurulduqdan sonra nikolizmə qarşı mübarizə aparan, xəyanəti qəbul etməyən, Ermənistanın və “Artsax”ın maraqlarının müdafiəsinə qalxanların hamısı Ermənistan üçün arzuolunmaz şəxslərə çevriləcək. Bu hələ başlanğıcdır, qarşıda daha çox şeylər var” – Qazinyan fikirlərini tamamlayıb.
Müşviq Tofiqoğlu,
KONKRET.az
