Papikyan ordu rəhbərlərini topladıbackend

Papikyan ordu rəhbərlərini topladı

Ermənistan Müdafiə Nazirliyində silahlı qüvvələr rəhbərliyinin toplantısı keçirilib.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, iclasda müdafiə naziri Suren Papikyan ordudakı irimiqyaslı islahatlar prosesinin ardıcıl və effektli aparılmasının vacibliyindən danışıb.

Müdafiə naziri respublika rəhbərliyinin nə yolla olursa-olsun, ordunun döyüş qabiliyyətinin yüksəldilməsi tapşırığını verdiyini bildirib. Bununla yanaşı erməni ordusunda nizam-intizam məsələsindəki çatışmazlıqların da aradan qaldırılması hədəf seçilib.

Papikyan bildirib ki, vacib məqsədlərdən biri hərbçilərin peşəkarlığının artırılmasıdır və bu istiqamətdə ciddi addımlar atılacaq.

Qeyd edək ki, erməni ordusunda daxili atışmalar səbəbindən son vaxtlar onlarla əsgər ölüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*