Paralimpiya Oyunlarında qalib ölkə bəlli oldubackend

Paralimpiya Oyunlarında qalib ölkə bəlli oldu

Çin komandası Parisdə keçirilən Paralimpiya Oyunlarında medal sıralamasında erkən qələbəsini təmin edib.

KONKRET.azOxu.Az-a istinadən xəbər verir ki, Çin idmançıları 86 qızıl, 65 gümüş və 45 bürünc olmaqla 196 medal qazanıblar. İkinci yeri 45 qızıl, 36 gümüş və 26 bürünc (ümumi – 107) medalla Böyük Britaniya komandası tutur. Britaniyalı idmançılar medal sıralamasında Çin komandasına qalib gəlmək üçün riyazi şanslarını itiriblər.

Qeyd edək ki, Çin komandası ardıcıl altıncı dəfə Paralimpiya Oyunlarının qalibi olub. Daha əvvəl onlar 2004, 2008, 2012, 2016 və 2021-ci illərdə Oyunları birinci olaraq başa vurublar. Son Paralimpiya Oyunlarında Çin idmançıları 96 qızıl, 60 gümüş və 51 bürünc medal qazanıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*