Paraqvayın “Cerro Porteno” komandasının futbolçusu Fernando Amorebieta “Olimpiya”ya qarşı keçirdikləri matçda rəqibin oyunçusu Naster Kamaçoya xəsarət yetirib.
KONKRET.AZ-ın məlumatına görə, 34 yaşlı venesuelalı mərkəz müdafiəçisi XVII tur matçının sonlarına yaxın rəqibinin başını dişləyib. Qarşılaşmanın hakimi hadisədən sonra hər iki futbolçuya qırmızı vərəqə göstərib.
Qeyd edək ki, görüş “Olimpiya”nın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.
