Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında bu gün mübarizəyə start verib.
KONKRET.az xəbər verir ki, yığma I turda İspaniya ilə qarşılaşıb.
Görüş komandamızın 16:18 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Qeyd edək ki, seçməmiz II turun oyunu çərçivəsində sabah ABŞ ilə qarşılaşacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.