Parisdə 20-dən çox metro stansiyası bağlandı – “Sarı jiletlilər”ə görəbackend

Parisdə 20-dən çox metro stansiyası bağlandı - "Sarı jiletlilər"ə görə

Fransanın paytaxtı Parisdə “sarı jiletlilər” hərəkatının tərəfdarlarının planlaşdırdığı aksiyaya görə noyabrın 16-sı səhər saatlarında 20-dən artıq metro stansiyası bağlanıb.

KONKRET.AZ xəbər verir ki, məlumatı RİA “Novosti” yayıb.

Bildirilib ki, “sarı jiletlilər”in etiraz aksiyasının birinci ildönümü ilə əlaqədar Fransanın bir sıra şəhərlərində noyabrın 16-sı və 17-də etiraz aksiyaları keçiriləcək.

Qeyd edək ki, 2018-ci il noyabrın 17-də Fransada avtomobil yanacağı qiymətlərinin artımına qarşı kütləvi etiraz aksiyasının iştirakçıları sarı jilet geydiklərindən onlara “sarı jiletlilər” hərəkatı adı verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*