Parkinq qiymətləri ilə bağlı məsələ böyüyür: “Bu, sabotajdır”backend

Parkinq qiymətləri ilə bağlı məsələ böyüyür: “Bu, sabotajdır

“Bakıda parking xaosuna son qoyulmalıdır. Əvvəl qaranlıq şəxslərin əlində cəmlənirdi bu biznes. İndi qalstuklu, jiletli Azparking əməkdaşları o şəxslərin ölənlərinə rəhmət oxudurlar. Sanki robotdular. Necə qurulublarsa, hamısının cavabı da, reaksiyası da standartdır”.

KONKRET.az xəbər verir ki, bunu Mətbuat Şurasının üzvü, “Yeni Çağ” Medianın rəhbəri Aqil Ələsgər sosial şəbəkədə yazıb.

O, sual edib ki, insanlar iş yerlərinin və ya evlərinin yaxınlığında avtomobil saxlamaq üçün niyə pul ödəməlidilər:

“Tamam, ödəsinlər, ancaq səhərdən axşama qədər maşın ofisin önündə qalırsa, bədbəxtlərin maaşı ancaq Azparkingə getməlidir?!

Maraqlıdır ki, Azparking əməkdaşları ödəniş etməyənlərin şəkillərini özləri çəksə də, cərimənin AYNA tərəfindən edildiyini bildirirlər. Yəni, əl əli yuyur, əl də üzü, zərərli çıxan isə vətəndaşdır.

Hesab edirəm ki, Azparking ilə AYNA-nın ötür-ötür oyunu dövlətimizə qarşı sabotajdır. Azərbaycan Prezidentinin uğurlu daxili və xarici siyasətinə kölgə salmaq istəyənlərin işinə yarayır…”.

  • Nadir Həsənov
    Noyabr 1, 2023 - 08:24

    Belə çıxır ki, mən evimin yanında maşın saxlamaq üçün də pul ödəməliyəm? Onsuz da şəhərin mərkəzi hissələrində, bir çox yerlərində yeraltı və başqa parkinqlər var. bu ərazilərdə yaşayanlara da o parkinqlərdə maşın saxlamaq üçün müəyyən güzəştlər edilməlidir. bir çox avtomobil sahiblərinə isə tövsiyyəm budur ki, əgər gündəlik iş fəaliyyəti üçün şəxsi avtomobilindən istifadə etmirsə istirahət günlərinə qədər onu bağ evlərində, və ya şəhər ətrafı evlərində saxlasınlar. Onda şəhərdə sıxlıq da azalar, parkinq pupu da ciblərində qalar.

Nadir Həsənov üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*