Partlayışa görə zərəri kim ödəyəcək? – AÇIQLAMAbackend

Partlayışa görə zərəri kim ödəyəcək? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində beşmərtəbəli yaşayış binasında yerləşən mənzildə partlayış baş verib. Partlayış nəticəsində ətrafdakı bina zədə görüb və qarşısında olan avtomobillər yararsız hala düşüb.

Bəs dəymiş zərəri kim qarşılayacaq ?

KONKRET.az xəbər verir ki, Məsələ ilə bağlı Milli.Az-a Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı ekspert Vüqar Oruc açıqlama verərək bildirib ki, mənzillər mövcud hallara görə siğortalanmalıdır.

“Buna görə icbari sığorta qaydaları da mövcuddur. Həmin sığorta olunan mənzillər bu və digər hadisələrlə qarşılaşdıqda, həmin mənzillərin sahibləri kompensasiya əldə edirlər. Hazırkı situasiya araşdırılır və hadisənin əsl mahiyyəti üzə çıxacaq. Əgər həmin hadisə binaya ciddi şəkildə ziyan vurubsa, bunu icra hakimiyyəti qarşılayıb bərpa edəcək. Hadisənin konkret baş vermə səbəbi müəyyən edildikdən sonra, bu hadisənin baş verməsinə aidiyyəti olan şəxsdən kompensasiya alına bilər. Çünki elə dağıntılar var ki, yalnız binanın daxili hissəsindəndir. Xaricdə olan zədələr isə binanın görünüşünə təsir edir. Bu zaman icra qurumları bu prosesdə addımlar ataraq binanın bərpasında uyğun işlər görə bilər”.

Ekspert qeyd edib ki, vətəndaşlar özlərinə məxsus mənzillərin siğortalanması istiqamətində ciddi qərarlar qəbul etməlidirlər. Sonradan bu cür problemlərlə qarşılaşanda kompensasiya ödənilməsindən asılı olmayaraq həmin şəxsə məxsus obyektin və ya mənzilin dəymiş ziyanın ödənilməsi üçün müvafiq qurumlara müraciət edilə bilsin.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*