backend

“Paşinyan Azərbaycanın maraqlarını Əliyevdən daha çox müdafiə edirsə, KTMT niyə bizi qorumalıdır? - Şarmazanov

“Ölkənin lideri olanda KTMT çox aydın şəkildə ermənipərəst mövqe tuturdu”.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın  “Respublika” Partiyasının üzvü Eduard Şarmazanov deyib.

O, İrəvanda KTMT-nin sammitinin keçirilməsinə münasibət bildirib:

“Sual yaranır, KTMT ermənipərəst mövqe nümayiş etdirəcək, ya yox? Ermənistanın “avtoritet”lərindən çox şey asılıdır. Əgər Paşinyan özü “Artsax”ın Azərbaycanın bir hissəsi olduğunu etiraf edirsə, Şuşa və Hadrutu “işğal” edilmiş saymırsa, öz müqəddəratını təyinetmə hüququnun məcburi həyata keçirilməsindən danışmırsa, Azərbaycanın maraqlarını Əliyevdən daha çox qoruyursa, o zaman KTMT və ATƏT niyə bizim maraqlarımızı qorusun?

“Görək Paşinyanın dövründə KTMT ölkələrinin prezidentləri hansı bəyanatla çıxış edəcəklər?. Menecerlər “danışqanlığına” görə deyil, nəticələrinə görə qiymətləndirilir” – deyə Şarmazanov fikirlərini tamamlayıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*