Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, ölkənin ən yüksək dairələrində 2024-cü il noyabrın 11-22-də Bakıda keçiriləcək COP29-da iştirakla bağlı hələlik qərar yoxdur.
KONKRET.az xəbər verir ki, bu barədə o, bugün keçirdiyi mətbuat konfransında danışıb.
“Müvafiq vaxtda qərar verəcəyik. Hazırda heç nə yoxdur. Ümumi vəziyyət, proseslər, atmosfer təbii ki, bu qərara təsir edəcək. Amma indi nəzəri cəhətdən heç bir qərarı istisna etmək olmaz”, – Ermənistan hökumətinin başçısı bildirib.
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev 21 iyul 2024-cü il tarixində İkinci Şuşa Qlobal Media Forumu çərçivəsində jurnalistlərə bildirib ki, COP29-un prezidenti Muxtar Babayev Ermənistanın xarici işlər nazirinə rəsmi dəvət məktubu göndərib.
Aysu İbrahimova,
KONKRET.az