Paşinyan: “Biz Qarabağ məsələsi ilə bağlı həqiqəti bilmirdik”backend

Paşinyan: "Biz Qarabağ məsələsi ilə bağlı həqiqəti bilmirdik"

“Biz Qarabağ məsələsi ilə bağlı həqiqəti bilmirdik”.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün İrəvanda keçirilən “Demokratiya Uğrunda Ermənistan Forumu”nda çıxışı zamanı deyib.

“Ermənistanda demokratiyanın olmaması və ya ona olan münasibət bizim hamımıza Qarabağ məsələsində həqiqəti bilməyə mane olub. Bu, çox vacib işdir. Siyasi müzakirəyə başlamaq istəmirəm. Amma elə bir model var ki, ekspertlər səviyyəsində Qarabağ məsələsindən yalnız bir neçə nəfər xəbərdardır. Bu da dediklərimə açıq-aydın sübutdur”, – Paşinyan bildirib.

O qeyd edib ki, bu, onun üzləşdiyi ən böyük problemdir.

“Bu səbəbdən indi biz demokratiya şəraitində Qarabağ məsələsi ilə bağlı yeni məlumatlar öyrənirik. Məlum bəyanatların yeni mənaları, kontekstləri və təfərrüatları üzə çıxır”, – Baş nazir vurğulayıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*