Paşinyan Əliyevlə danışıqlardan sonra müxalifətlə qapalı görüşə hazır olduğunu bildirib.
KONKRET.az xəbər verir ki, bu barədə Paşinyan parlamentin bugünkü iclasında danışıb. O, Brüsseldə Əliyevlə danışıqlardan sonra hərbi əsirlər məsələsi ilə bağlı müxalifətlə qapalı görüşə hazır olduğunu deyib.
“Dekabrın 15-dən sonra daha çox məlumat veriləcək”, – deyə Baş nazir parlamentdə deyib. Paşinyan müxalifətlə istənilən formatda, hökumətdə və ya parlamentdə görüşməyə hazırdır, lakin həmişə bağlı qapılar arxasında. Çünki onun bəzi qeyri-ictimai təfərrüatları çatdıra biləcəyi yeganə yol budur.
Xuraman Etibarlı,
KONKRET.az
