Paşinyan ən böyük qorxusundan DANIŞDIbackend

Paşinyan ən böyük qorxusundan DANIŞDI

“Ən böyük uğursuzluq 2020-ci ilin 44 günlük müharibəsidir. Müharibədən niyə qaçmaq mümkün olmadığını başa düşmək lazımdır”.

KONKRET.az xəbər verir ki, bunu Baş nazir Nikol Paşinyan keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, ən böyük uğur isə Ermənistan və onun xalqının forpostun sosial-psixologiyasına qalib gəlməsidir.

“Bu, 2019-cu ildə qəbul edilmiş milli təhlükəsizlik strategiyasının əsas ideyası olan Ermənistan dövlətçiliyinin davamlılığı üçün çox mühüm əsaslar yaradır. Baş nazir kimi məndə dalana dirənmək qorxusu var idi. Bu gün isə sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı yaranan çıxılmazlıq hissini aşmışıq”, – deyə o vurğulayıb.

Baş nazir elan edib ki, vətən axtarışı dayandırılmalıdır: “Biz onu tapdıq, Vətənimizin adı Ermənistan Respublikasıdır”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*