Xəbər verdiyimiz kimi, Paşinyan Ermənistan TŞ-nın təcili iclasını çağırıb.
KONKRET.az xəbər verir ki, İclasda Təhlükəsizlik Şurasının üzvlərindən əlavə, MM-ın spikeri Alen Simonyan, baş nazir aparatının rəhbəri Arayik Arutyunyan və “Mülki müqavilə”nin rəhbəri Hayk Koncoyan iştirak ediblər.
İclasda sərhəddəki gərginlik müzakirə olunub. Paşinyan müdafiə nazirinə təşəkkür edib.
“Qərar dünənki hadisələrin təhlilindən sonra verilib. Səhər mən Arşak Karapetyana işinə görə təşəkkür etdim, qeyd etdim ki, bunu yüksək qiymətləndirirəm, lakin indi baş verənlər onu göstərir ki, müdafiə naziri dəyişdirilməlidir”, -deyə Nikol Paşinyan bildirib.
Baş nazir qeyd edib ki, Azərbaycan qoşunlarının Ermənistan ərazisinə daxil olması dünəndən müxtəlif formatlarda müzakirə olunub və bu gün nəticələrə yekun vurulacaq.
Ermənistan Təhlükəsizlik Şurası Rusiya və KTMT-ni Azərbaycan Silahlı Qüvvələrinin ölkənin şərqindəki “aqressiv hərəkətlərinə” diqqət yetirməyə çağırıb.
***
12:41
Nikol Paşinyan Ermənistan Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb.
KONKRET.az-ın əldə etdiyimiz məlumata görə, hazırda Paşinyanın sədrliyi ilə Ermənistan Təhlükəsizlik Şurasının iclası keçirilir. Hansı məsələlər müzakirə olunur məlumat verilməsə də, nələrin müzakirə mövzusu olacağını təxmin etmək olar.
İclasda sərhəddəki gərginlik müzakirə olunub. Baş nazir müavini Suren Papikyanı müdafiə naziri təyin etmək təklifini Ermənistan Prezidentinə təklif edib.
İclasdan kadrları təqdim edirik:
Xuraman Etibarlı
KONKRET.az