Paşinyan: “Ermənistanla Azərbaycan arasında dəmir yol xətti BƏRPA OLUNACAQ”backend

Paşinyan: "Ermənistanla Azərbaycan arasında dəmir yol xətti BƏRPA OLUNACAQ"

Putin Ermənistanla Azərbaycan arasında dəmir yolunun bərpası ideyasını dəstəkləyib.

KONKRET.az xəbər verir ki, bu barədə Paşinyan hökumətin bu gün keçirilən iclasınsa bildirib.

Söhbət Horadiz-Meğri-Ordubad-Yerasx dəmir yolundan gedir.

Ermənistan hökuməti daha əvvəl dəmir yolu hissəsinin 45 km-lik hissəsini bərpa etmək planlarını açıqlamışdı.

Ekspertlərin ilkin hesablamalarına görə, dəmir yolu xətlərinin Ermənistan ərazisindən keçən hissələrinin bərpasının indikativ dəyəri təxminən 200 milyon dollar təşkil edəcək.

Xatırladaq ki, müharibədən sonra Bakı və İrəvan Azərbaycandan Naxçıvana Ermənistan ərazisindən keçəcək dəmir yolunun tikintisi barədə razılığa gəliblər.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*