“Ermənistan hakimiyyəti Fransa prezidentini və hökumətini Senatın qətnaməsinə əməl etməyə və Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağırmalı idi”.
KONKRET.az xəbər verir ki, bu fikri “Hayastan” ümumerməni fondunun sabiq direktoru Ara Vardanyan səsləndirib.
Onun fikrincə, erməni tərəfi bu qətnamədən “silah kimi” istifadə etməli və bütün strukturlarda istinad etməli idi.
“Çünki bu sənəddə həm də qondarma “Artsax”-ın müstəqilliyinin tanınması haqqında müddəa var. Lakin hakimiyyət tamamilə əks mövqe nümayiş etdirir” – deyə Vardanyan bildirib.
O, hesab edir ki, hakimiyyətin reaksiyası mümkün qədər passiv olub. Üstəlik, Ermənistanın baş naziri Nikol Paşinyanla Fransa prezidenti Emmanuel Makron arasında keçirilən görüşdə qətnamə ilə bağlı bir kəlmə də danışılmayıb.
“Gözlənilirdi ki, bu görüşdə ilk mövzu qətnamənin qəbulu ilə bağlı Fransaya minnətdarlıq, həmçinin sözügedən sənədin təsdiqlənməsi üçün Fransa Prezidenti və hökumətinə müraciət olacaq”, – Vardanyan bildirib.
O, əmindir ki, Ermənistanın baş nazirinin belə mövqeyi onun Azərbaycan Prezidentinə qarşı patoloji qorxusu ilə bağlıdır.
“”Paşinyan “Fransanın Azərbaycanı cəzalandırmasını istəmir” Qətnamənin qəbuluna hakimiyyətin passiv reaksiyası da məhz bununla bağlıdır” – deyə Ara Vardanyan əlavə edib.
Günel Mikayılova,
KONKRET.az