“Paşinyan gözləyir ki, kimsə gəlib onu xilas edəcək” – Artur Xaçatryanbackend

“Paşinyan gözləyir ki, kimsə gəlib onu xilas edəcək” - Artur Xaçatryan

“Əgər Azərbaycana lazımdırsa, Paşinyanın siyasətindən asılı olmayaraq müharibəyə başlayacaq”.

KONKRET.az xəbər verir ki, bu sərsəm iddia ilə erməni millət vəkili, “Hayastan” fraksiyasının üzvü Artur Xaçatryan çıxış edib.

O daha sonra fikirlərini belə davam etdirib:

“Paşinyan dəbdəbəli taxtda oturub taleyini gözləyir, elə bilir ki, kimsə gəlib onu xilas edəcək. O artıq bacarmadığını gizlətmir və ümid edir ki, bəlkə kimsə gəlib ona kömək edəcək. Amma kim kömək edəcək? Avropalılar təmkinli görünür və kömək etməyə tələsmirlər. Amerikalılar isə deyirlər ki, get, ikitərəfli formatda nə istəyirsən et. NATO Nikol Paşinyanı qəbul etmək fikrində deyil. Paşinyan hamı ilə münasibətlərimizi pozub, bir dənə də olsun, müttəfiq qazanmayıb. Paşinyan Ermənistan üçün təhlükəlidir”.

Artur Xaçatryan əlavə edib ki, bu hakimiyyətin yeritdiyi siyasət Ermənistanın müstəqilliyinin və suverenliyinin yox olmasına gətirib çıxarır.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*