Ermənistan Naxçıvana yüklərin daşınması üçün Azərbaycanı dəmir yolu kommunikasiyaları ilə təmin etməyə hazırdır.
KONKRET.az xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan deyib.
“Biz Azərbaycana konkret təklif verdik, həm Ermənistanın, həm də Azərbaycanın mövqeyini nəzərə alan həll yolu. Biz təklif etdik ki, Ermənistan ərazisindən Meğri vasitəsilə dəmir yolu ilə yüklər Azərbaycandan Naxçıvana, eyni prinsiplə Arazdəyəndən (Yeraşx) Naxçıvan vasitəsilə Meğriyə daşınmalıdır. Çünki dəmir yolunun Azərbaycanla qalan hissələrinin – yəni Tavuşu (Qazaxla sərhəddə yerləşən Tovuzqala vilayəti) nəzərdə tuturam – bərpası böyük investisiyalar tələb edir”, – Ermənistanın baş naziri vurğulayıb.
Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, Ermənistan Türkiyə ilə Azərbaycan arasında birbaşa quru əlaqəsinin yaradılmasına mane olmamalıdır.
“Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvana niyə başqa marşrutlarla getməliyik? Bizim birbaşa əlaqəmiz olmalıdır və bu əlaqə Ermənistanın suverenliyini şübhə altına qoymur”, – deyə prezident qeyd edib.
Günel Mikayılova,
KONKRET.az