Paşinyan İstintaq Komitəsində DİNDİRİLDİbackend

Paşinyan İstintaq Komitəsində DİNDİRİLDİ

Nikol Paşinyan İstintaq Komitəsində şahid qismində dindirilib.

KONKRET.az xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun erməni xidməti məlumat yayıb.

Ermənistanın Baş naziri Nikol Paşinyan şahid qismində İstintaq Komitəsində dindirilib.

İstintaq orqanından bildirib ki, 2022-ci il mayın 4-dən Ermənistanın bir qrup yüksək rütbəli məmurunun 44 günlük müharibə zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi ilə bağlı iddia edilən cinayət faktı üzrə cinayət işi üzrə ibtidai istintaq başlayıb.

İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsinin xüsusilə mühüm işlərin araşdırılması şöbəsində hələ davam edir. İdarənin rəhbəri Rafael Vardanyanın bildirib ki, bu proses çərçivəsində Baş nazir Paşinyan şahid qismində dindirilib.

Həlak olan hərbçilərin yaxınları aprel ayından aylardır hökumət binası və Baş Prokurorluq qarşısında müxtəlif aksiyalar keçirən Paşinyanın dindirilməsini tələb ediblər. Onlar Paşinyanın dindirilməsini və təqsirləndirilən şəxs qismində cəlb olunmasını tələb ediblər.

Paşinyan konkret olaraq nə zaman dindirildiyi deyilmir. Həmçinin bunun ardınca həlak olan hərbçilərin yaxınlarının başqa tələbinin – Paşinyanın hərbi cinayətdə ittiham olunmasının yerinə yetirilib-yetirilməməsi də göstərilmir.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*