Paşinyan: “Müharibənin qarşısını almağın yeganə yolu Qarabağın statusunu müəyyən etmədən ərazilərin qaytarılmasıdır”backend

Paşinyan: "Müharibənin qarşısını almağın yeganə yolu Qarabağın statusunu müəyyən etmədən ərazilərin qaytarılmasıdır"

“Müharibənin qarşısını almağın yeganə yolu Qarabağın statusunu müəyyən etmədən ərazilərin qaytarılmasıdır”.

KONKRET.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin iclasında deyib. O, deputatlara Qarabağla bağlı keçmiş danışıqlar sənədlərini göstərməyə hazır olduğunu açıqlayıb.

“Qarabağ üçün heç bir şans buraxmadınız. Siz indiyə qədər müharibənin qarşısını necə alacağınız barədə bir kəlmə də danışmamısınız. Gedin fikirləşin ki, 2018-ci ildə, 2019-cu ildə, 2020-ci ildə nə etdiniz ki, müharibə olmasın. Niyə etmirsiniz? Mən deyirəm ki, müharibənin qarşısını almağın yeganə yolu Qarabağın statusunu müəyyən etmədən ərazilərin qaytarılmasıdır. Bunu bütün məsuliyyətimlə bəyan edirəm. Əvvəlki hakimiyyət Qarabağın Azərbaycanın tərkibindən kənarda qalmasına nəzəri imkan belə qoymadı”, – deyə Paşinyan bildirib.

“Sizin müdafiə naziriniz Seyran Ohanyan deyib ki, cəbhə xəttində boş konserv qutuları asmaq lazımdır ki, Azərbaycan əsgərləri yaxınlaşanda eşidə bilək”, – Baş nazir deyib.

Xuraman Etibarlı,

KONKRET.az

  • Kamran Zeynalov
    Dekabr 9, 2021 - 22:54

    Salam. Bu xəbərlə bağlı bir, iki fikir bildirməy istərdim. Əslində Nikol Paşinyanın sözlərində həqiqət var. Onun hakimiyyətinə qədər olan hakimiyyətlər. Köçəryan və Sarkisyan vaxtı Qarabağın Azərbaycana qaytarmağ fikirləri heç vaxt olmayıb. Buda əlbəttəki gec tez müharibəni qaçılmaz edirdi. Amma bir məqamıda yaddan çıxarmağ lazım olmaz. Buda Paşinyanın özü ilə bağlı olan məsələdi. O məsələki, Paşinyan hakimiyyətə gələndə heçdə düzgün mövqe tuta bilmədi. Buna sübut olaraq deyə bilərəm ki, Paşinyanın Şuşada and içmə mərasimi və orada “Qarabağ Ermənistandır” deməsi müharibə riskini dahada artırdı!

    • Mehdizadə İltifat
      Dekabr 10, 2021 - 09:29

      Erməni ilə ancaq zor dilində,öz dillərində danışmaq lazımdır.Bunların genetikası xarabdır.Hamısı eyni qabdan su içiblər.Özlərini hamıdan üstün tutmaq kimi xarakterləri var…Bunların başını daimi qapazlı edib alçaltmaqdan başqa yolumuz yoxdur…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*