Paşinyan Putinə Kazimirovun “Qarabağa sülh” kitabını niyə hədiyyə etdiyini izah etdi – FOTObackend

Paşinyan Putinə Kazimirovun “Qarabağa sülh” kitabını niyə hədiyyə etdiyini izah etdi - FOTO

KONKRET.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinə ATƏT-in Minsk Qrupunun keçmiş rus həmsədri Vladimir Kazimirovun “Qarabağa sülh” kitabını niyə hədiyyə etdiyini izah edib. Bu barədə Paşinyan özünün facebookdakı səhifəsində yazıb:

“Bu müzakirə mövzusuna çevrildiyi üçün izah edəcəyəm: Rusiya Prezidenti Vladimir Putinə ATƏT-in Minsk Qrupunun keçmiş rus həmsədri Vladimir Kazimirovun “Qarabağa sülh” kitabını hədiyyə etdim. Kitab “ermənipərəst” deyil. Kazimirov 1992-1996-cı illərdə sadəcə Qarabağ problemi ilə məşğul olub. O, 1994-cü ildə atəşkəs sazişi imzalamaq üçün olduqca mühüm səylər göstərib və kitabında Qarabağ münaqişəsinin təəssüf ki, unudulan bir sıra vacib nüanslarını işıqlandırıb. Və nəhayət, kitabın gözəl bir adı var: “Qarabağa sülh”..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*