Paşinyan Putinə “meydan oxudu” – “Heç bir sanksiya ola bilməz”backend

Paşinyan Putinə "meydan oxudu" - "Heç bir sanksiya ola bilməz”

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın erməni məhsullarının idxalına tətbiq etdiyi qadağanın sanksiya kimi qiymətləndirilməsinin düzgün olmadığını bildirib.

KONKRET.az-ın verdiyi məlumata görə, Paşinyan jurnalistlərə açıqlamasında bu məsələyə münasibət bildirib.

“Bu vəziyyətdə “sanksiya” sözündən istifadə etmək doğru deyil. Heç bir sanksiya yoxdur və ola da bilməz”, — deyə Ermənistanın baş naziri vurğulayıb.

Paşinyan əlavə edib ki, sözügedən məsələ ilə bağlı mövcud problemləri Avrasiya Hökumətlərarası Şurasının yaxın iclasında müzakirə etməyi planlaşdırır.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*