Paşinyan Qarabağ ermənilərindən ŞİKAYƏTLƏNDİbackend

Paşinyan Qarabağ ermənilərindən ŞİKAYƏTLƏNDİ

Paşinyan Qarabağ ermənilərinin anlayışsızlığından şikayətlənib.

KONKRET.az xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan jurnalistlərə bildirib. O deyib ki, onun sözləri adətən Qarabağ erməniləri tərəfindən yanlış anlaşılır.

Söhbət Paşinyanın Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı bəyanatından gedir.

“Adətən mənim sözlərim orada səhv başa düşülür və bu dəfə də ola bilər. Amma mənim qiymətləndirmələrim çox aydındır”, – deyə Paşinyan bildirib.

Paşinyan bir daha vurğulayıb ki, Madrid Prinsiplərində öz müqəddəratını təyinetmə hüququnun ifadəsi Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını deməyə əsas verir.

Onun sözlərinə görə, bu nəzərə alınmayıb və Ermənistanda beynəlxalq və geosiyasi vəziyyətlə heç bir əlaqəsi olmayan paralel reallıq var idi.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*