Paşinyan Şuşada baş vermiş xəyanəti xatırlatdı: “Mən hələlik susmalıyam”backend

Paşinyan Şuşada baş vermiş xəyanəti xatırlatdı: "Mən hələlik susmalıyam"

Ermənistanın baş naziri Nikol Paşinyan, hərbi əməliyyatlara son verilməsi prosesinin davam etdiyini və deyəcəklərinin bir çoxlarına zərər verə biləcəyini əsas gətirərək Qarabağla bağlı qərar qəbul etməsinin səbəblərini açıqlamayıb.

KONKRET.az bildirir ki, onun sözlərinə görə,qərar dərin təhlillər əsasında və hərbi vəziyyətlə bağlı ən məlumatlı insanların qiymətləndirmələri əsasında verilib.

“Çox şey deyə bilərəm, amma insanların həyatına təhlükə yaratmamaq üçün susacağam. İndi guruldayanların hamısı səngərdəki əsgərlərə arxadan zərbə vurur.  İstefamı tələb edən və bir gün əvvəl Şuşadakı mövqelərini tərk edən bir siyasətçi var. Niyyətləri ədalətli və səmimi olanlar da var. Bunlar həlak olan əsgərlərin yaxınlarıdır və mən onların qarşısında baş əyirəm” – deyən Paşinyan həm həyat yoldaşı Anna Hakobyanın, həm də oğlu Aşotun indi ön sıralarda olduğunu da xatırladıb.

Paşinyan bildirib ki, onun Qarabağla bağlı bəyanat imzalamaqdan başqa yolu yox idi: “Biz təkcə bugünkü hərbi vəziyyəti yox, onun mümkün davamını da nəzərə alaraq bu qərarı qəbul etmişik. Mən bütün vətəndaşlardan xahiş edirəm ki, talançı qrupların təsiri altına düşməsinlər”.

Baş nazir indi göstərə bilməyəcəyi təfərrüatların olduğunu bir daha qeyd edib, amma söz verib ki, vəziyyət sabitləşdikdən sonra hər şeyi təqdim edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*