backend

Paşinyan yeni oyununa rəsmən start verdi: "Hər an qoşunlarımızı Azərbaycanla sərhəddən çıxartmağa hazırıq"

Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Ermənistanın hər an ordusunu Azərbaycanla sərhəddən çıxarmağa hazır olduğunu bildirib.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, o, eyni zamanda Azərbaycan qoşunlarının Ermənistan ərazisindən çıxacağını gözləyir.

Nikol çıxışında bir daha vurğulayıb ki, Rusiya Ermənistanın təhlükəsizlik məsələlərində əsas tərəfdaşıdır, KTMT isə əsas təhlükəsizlik sistemidir: “Həmsədrlərin təklifində göstərilən addımların məntiqi bizim üçün əsaslı şəkildə məqbuldur. Biz qoşunları sərhəddən eyni vaxtda çıxarmaq üçün ATƏT-in Minsk qrupu həmsədrlərinin Bakı ilə razılaşmalarını gözləyirik. Bundan əlavə, erməni tərəfi ATƏT-in Minsk qrupunun həmsədrliyi ilə göstərilən ərazidə sərhədləri dəqiqləşdirməyə başlamağa və Qarabağ nizamlanması üzrə danışıqlar prosesini tamamilə bərpa etməyə hazırdır”.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*