Paşinyan Zəngəzurun rəhbərlərini TOPLADI – Sərhədlərin delimitasiyasından DANIŞDIbackend

Paşinyan Zəngəzurun rəhbərlərini TOPLADI - Sərhədlərin delimitasiyasından DANIŞDI

Ermənistanın baş naziri Nikol Paşinyan Zəngəzur bölgəsinin Qafan, Meğri, Teq, Tatev, Qorayk, Qacaran, Sisian icmalarının rəhbərlərini, həmçinin Gorus icmasının sədr müavinini qəbul edib.

KONKRET.az xəbər verir ki, bu barədə Baş nazir aparatının informasiya və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Baş nazir regionla bağlı məsələləri müzakirə etməzdən əvvəl icmaların yeni seçilmiş rəhbərlərini təbrik edib.

Zəngəzurun problemlərinə toxunan Nikol Paşinyan onların hökumətin gündəlik diqqət mərkəzində olduğunu qeyd edib.

Baş nazir regionda iqtisadiyyatın və nəqliyyatın blokadadan çıxarılması, sərhədlərin demarkasiyası və delimitasiyası imkanlarına da toxunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*